ABŞ Ukraynaya yardımla bağlı həmin qərarı təsdiqlədi

31.10.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ Dövlət Departamenti Ukraynaya 2,1 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 raketin və müvafiq avadanlıqların satışını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun yaydığı mətbuat açıqlamasında bildirilir.

“ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə “Patriot” sistemləri üçün “Patriot Advanced Capability” (PAC) raketlərinin – xüsusilə də “Missile Segment Enhancement” (MSE) variantının və müvafiq avadanlıqların satılmasına dair qərar qəbul edib. Sövdələşmənin təxmini dəyəri 2,1 milyard dollardır”, - məlumatda deyilir.

Bildirilir ki, bu sövdələşmə tamamilə Ukraynanın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью