ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

19.11.2024

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

“ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır”.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında çıxışı zamanı məlumat verib.

“Biz Ukraynaya dəstəyimizi gücləndirəcəyik və yaxın gələcəkdə yeni hərbi yardım paketini açıqlayacağıq”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri Kiyevə ən çox yardım ayıran ölkə ABŞ-dir.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью