Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Vaşinqton Umerovun Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyini rədd edib”
“Vaşinqton hazırda cinayət ittihamları ilə üzləşən Timur Mindiçlə əlaqələrinə görə Rüstəm Umerovun Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyini rədd edib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov deyib.
“Rüstəm Umerovu ABŞ-a səfir kimi göndərmək istəyirdilər, amma bu gün əldə etdiyimiz məlumata görə, ABŞ NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu – red.) və SAP (İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu) tərəfindən cinayət təqibi altında olan və Mindiçlə əlaqəli olan qeyri-peşəkar bir şəxsi qəbul etmək istəmədikləri üçün imtina etdi", - Razumkov bildirib.