ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdı

21.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Tramp adminstrasiyası bunu qurumun "COVİD-19 pandemiyasına yanlış münasibəti" və səhiyyə sahəsindəki başqa qlobal böhranlarla əsaslandırıb.

CNN-in verdiyi xəbərə görə, Ağ Evdə ÜST-ü islahatlar üçün yararsız sayırlar və qurumun siyasi təsirlərdən qaça bilmədiyini düşünürlər.

Bundan başqa, Tramp ölkəsinin başqa dövlətlərlə müqayisədə ÜST-ə daha çox pul ayırdığını xatırladıb, halbuki qurum "ədalətsiz şəkildə Vaşinqtondan ağır xərclər tələb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью