Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ uzaqmənzilli raketləriniin Rusiyanı vurmasına icazə verdi: onlar hansı raketlərdir və hansı hədəfləri məhv edə bilərlər?
“The New York Times” ABŞ prezidenti Co Baydenin Ukraynaya Amerikanın uzaqmənzilli ATACMS raketlərini Rusiyadakı hədəflərə atmasına icazə verdiyini yazıb.
Ukrayna bir ildən artıqdır ki, bu raketlərdən yalnız öz ərazisində istifadə edir və dəfələrlə ABŞ-ı Rusiyaya zərbə endirmək üçün icazə verməyə çağırıb.
ATACMS (Army Tactical Missile System) Ordu Taktik Raket Sistemi deməkdir. Raketlər “Lockheed Martin” tərəfindən istehsal olunur.
ATACMS bir neçə modifikasiyaya malikdir - onlar ya təxminən 250 kq ağırlığında bir döyüş başlığına sahib ola bilər, ya da kaset sursatları daşıya bilər.
Onların da müxtəlif uçuş diapazonları var - 165-dən 300 km-ə qədər.
Bu raketlərin buraxılması üçün M270 MLRS və ya HIMARS qurğularından istifadə edilir. Hər ikisi Ukrayna Müdafiə Qüvvələrində mövcuddur.