Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan-Amerika Tibb Assosiasiyasının tə
Əlbəttə ki, sizin əldə etdiyiniz uğurlar ölkəmiz, səhiyyəmiz üçün böyük şərəfdir.
Çalışdığınız hər iki tibbi sahənin Azərbaycanda da inkişaf etdirilməsi istiqamətində son illər bir sıra irəliləyişlərə nail olunub, yeniliklərimiz var.
Amma çox istərdik ki, qazandığınız təcrübələri bizimlə də bölüşəsiniz”.Azərbaycan-Amerika Tibb Assosiasiyasının təsisçisi, Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin Transplantologiya cərrahiyyəsi şöbəsinin rəhbəri, transplantoloq Rauf Şahbazov isə öz növbəsində bildirib ki, son illər Azərbaycan səhiyyəsində baş verən yeniliklər xaricdə yaşayan və orada çalışan hər bir həkimi sevindirir:“Etiraf etmək lazımdır ki, son illər, həqiqətən də, Azərbaycan səhiyyəsində müsbətə doğru kifayət qədər dəyişikliklər baş verib və bütün bunlar xaricdə yaşayan azərbaycanlı həkimlərin də diqqətini cəlb edir.
Mən özüm uzun illərdir ki, Amerikada transplantologiya sahəsində çalışıram və bizim alyans ABŞ-də 2016-cı ildən fəaliyyət göstərir.
Alyans adından bildirmək istərdim ki, biz qazandığımız təcrübəni vətənimizlə bölüşməyə hazırıq”.Almaniya Azərbaycanlıları Alyansının rəhbəri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Almaniyada uzun illərdir yaşayan, orada çalışan həkimlərin də son illər Azərbaycandakı yeniliklərlə maraqlandığını və Avropa təcrübəsinin bölüşülməsi üçün ölkəmizdə nəzərdə tutulan bütün yeniliklərə dəstək verməyə hazır olduqlarını bildirib:“Bizim ilk görüşümüz ötən il Bakıda keçirilən Dünyadakı Azərbaycanlı Həkimlərin I Simpoziumunda (DATS) olmuşdu.
Həmin səfərdə gördüm ki, TƏBİB tərəfindən çox böyük işlər görülüb.
Düşünürəm ki, xarici ölkələrdə təhsil alan və orada çalışan həkimlərimiz buradakı inkişafı görür.