ABŞ və Avropa İttifaqı arasında Ukraynada sülh ətrafında fikir ayrılığı

24.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı ilə ABŞ arasında Ukraynadakı müharibəyə son qoymaq üçün sülh danışıqlarının ardıcıllığı, xüsusən də Avropa təhlükəsizlik arxitekturası məsələsinin nə vaxt və necə qaldırılacağı ilə bağlı yeni bir mübahisə yaranıb.

Məlumatı “Euronews” verib. 

Avropa liderləri bu məsələni Rusiyanın tələsi hesab edir və əvvəlcə Ukraynada atəşkəs əldə edilməli olduğunu iddia edirlər. Lakin danışıqlarda vasitəçilik edən ABŞ-ın xüsusi elçisi Cared Kuşner sosial media paylaşımında bildirib ki, bu məsələ gözləmədən dərhal həll olunmalıdır.

Kuşner yazıb: “Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasından ayrıca müəyyən edilə bilməz. Bu iki məsələ birlikdə nəzərdən keçirilməlidir”.

Onun sözlərinə görə, mümkün zəmanətlər arasında NATO-nun 5-ci maddəsinə əsaslanan və Rusiyanın yeni hücumu halında Ukraynaya yardım göstərəcək müddəa da var. Kuşner bildirib ki, ABŞ Prezidenti Donald Tramp yalnız “daha geniş təhlükəsizlik tədbirləri bu zəmanətin tətbiq olunmasını son dərəcə qeyri-mümkün hala gətirərsə” 5-ci maddəyə bənzər bir bəndi təsdiqləməyə razı olacaq .

Onun fikrincə, bu, o deməkdir ki, məsələ daha böyük bir razılaşmanın bir hissəsi kimi əvvəldən müzakirəyə çıxarılmalıdır: “Razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью