ABŞ və Avropa Ukraynada NATO qoşunlarının olmadığı bufer zonasını müzakirə edir

05.09.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ və Avropa ölkələri Ukraynada NATO-ya daxil olmayan ölkələrin qoşunlarının iştirakı ilə geniş silahsızlaşdırılmış bufer zonasının yaradılması imkanını nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

“Əgər razılıq əldə olunarsa, ABŞ öz texnoloji imkanları ilə pilotsuz təyyarələr, peyklər və digər kəşfiyyat vasitələri ilə bufer zonasının monitorinqinə rəhbərlik edə bilər”, - nəşr yazır.

Qeyd olunur ki, hazırda bufer zonasının mühafizəsinin Səudiyyə Ərəbistanı və ya Banqladeş hərbi birləşmələrinə verilməsinin mümkünlüyü müzakirə edilir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью