ABŞ və Böyük Britaniya Avropaya Moskvadakı səfirlik işçilərini ixtisar etməyi təklif edir

19.03.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və Böyük Britaniya Avropadakı müttəfiqlərinə Rusiyaya təzyiqi artırmaq üçün 2024-cü ildə Moskvadakı diplomatik nümayəndəliklərinin sayını azaltmağı təklif ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Reuters" bu barədə Amerika rəsmisinə istinadən məlumat yayıb.

Əldə edilən məlumata görə, Böyük Britaniya və ABŞ-ın 2024-cü ilin sonunda hazırladığı birgə memorandum layihəsində Avropanın “Rusiyanı Avropadakı səfirliklərinin işçilərini azaltmağa məcbur etmək üçün Moskvadakı diplomatik mövcudluğunu azaltması” təklif edilib.

Keçmiş ABŞ rəsmisi agentliyə bildirib ki, bu cür addımlar “hələ də Avropa ölkələri tərəfindən müzakirə olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью