ABŞ və Böyük Britaniya Yəməndə husilərin hədəflərinə hava zərbələri endirib

15.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri Yəmənin qərbində "Ənsar Allah" hərəkatının üsyançıları olan husilərin obyektlərinə zərbələr endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Əl-Hudeyda əyalətinin Əl-Tuheyt bölgəsindəki obyektlər atəşə tutulub.

Zərbələr nəticəsində itkilərin olub-olmaması barədə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью