ABŞ və Britaniya husilərin Səna və Yəməndəki hədəflərini vurub

08.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançıların nəzarətində olan Ənsar Allah hərəkatının husilərin hədəflərinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telkanalın verdiyi məlumata görə, ölkənin şimal-qərbində yerləşən Amran vilayətində husilərin hədəfləri də atəşə tutulub. Zərərçəkənlər barədə məlumat verilmir.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, Amerika hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Guardian of Prosperity” əməliyyatına başladığını elan edib. Bundan sonra Böyük Britaniya və ABŞ silahlı qüvvələri mütəmadi olaraq Yəmənin müxtəlif əyalətlərində üsyançıların hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью