ABŞ və Britaniya Yəməndəki Husi hədəflərini vurub

11.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının hədəflərinə azı 9 zərbə endirib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib.

Ölkənin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi də iki hava hücumuna məruz qalıb.

Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью