ABŞ və Cənubi Koreya genişmiqyaslı hərbi təlimlərə başlayıb

10.03.2025

Ayna saytına istinadən Icma.az xəbər verir.

təlimlərin məqsədi müttəfiqlər arasında ahəngdarlığı artırmaqdır

Cənubi Koreya və ABŞ silahlı qüvvələri martın 10-da “Azadlıq Qalxanı” adlı genişmiqyaslı birgə təlimlərə başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərin məqsədi müttəfiqlər arasında ahəngdarlığı artırmaqdır. Təlimlərə təxminən 19 min Cənubi Koreya hərbçisi cəlb olunub.

Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri tərəfindən əvvəlcədən bildirilib ki, təlimlər martın 20-də başa çatacaq.

Bundan əvvəl ABŞ və Koreya Respublikası bu təlimlərdə Moskva ilə Pxenyan arasında əməkdaşlığın nəzərə alınacağını bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью