ABŞ və Cənubi Koreya razılığa gəldi

02.12.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin ticarət naziri Hovard Lutnik, Cənubi Koreyadan idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumunun 15 faizə endiriləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ticarət Nazirliyi sosial media platforması “X” üzərindən verdiyi açıqlamada, Hovard Lutnikin ABŞ ilə Cənubi Koreya arasında imzalanmış ticarət razılaşmasına dair bəyanatını paylaşıb.

Lutnik bəyanatında bildirib ki, Cənubi Koreya strateji investisiya qanununu parlamentdə rəsmi şəkildə qüvvəyə mindirmək üçün addım atıb.

Nazir bu mühüm addımın, ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə imzaladığı ticarət razılaşmasının ABŞ sənayesi və işçiləri üçün tam fayda verməsini təmin edəcəyini vurğulayıb:

“Buna qarşılıq olaraq ABŞ, razılaşma çərçivəsində 1 noyabrdan etibarən avtomobil tariflərinin 15 faizə endirilməsi də daxil olmaqla bəzi tarifləri azaldacaq”.

Lutnik bildirib ki, təyyarə hissələrinə tətbiq olunan tariflər də ləğv ediləcək və Cənubi Koreyanın qarşılıqlı tarif səviyyəsi Yaponiya və Avropa İttifaqı ilə uyğunlaşdırılacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью