ABŞ və Çin liderlərinin görüşündə müzakirə ediləcək məsələlər məlum olub

21.09.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Çin Prezidenti Si Cinpin ABŞ-a qarşıdan gələn səfəri zamanı Ağ Ev rəhbəri Donald Trampla görüşündə müzakirə ediləcək məsələlər müəyyən olunub.
Newscenter.az TASS-a istinadən bildirir ki, liderlərin görüşündə iikitərəfli münasibətlər, qlobal sülh və mövcud vəziyyətlə bağlı vacib məsələlər barədə ətraflı müzakirələr aparacaq. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun yayılan məlumatı təsdiq edib.
"Yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin istiqamətinin formalaşmasında əvəzsiz strateji rol oynayır",-deyə Quo Ciakun vurğulayıb.
Qeyd edək ki, Çin Prezidenti Si Cinpin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABÇ-a səfər edəcək.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью