ABŞ və Çin Londonda danışıqlara başladı

09.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ və Çin nümayəndə heyətləri Londonda ticarət danışıqlarının ikinci raunduna başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadla məlumat yayıb.

Danışıqların başladığını Çinin “Sinxua” agentliyi də təsdiqləyib.

Çin tərəfini Baş nazirin müavini He Lifen təmsil edir. ABŞ nümayəndə heyətinə isə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymson Qrir daxildir.

Qeyd edək ki, ABŞ və Çin arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi 10-11 may tarixlərində Cenevrədə keçirilmiş görüşlərin nəticəsində yaradılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью