ABŞ və Çin nümayəndələri Londonda görüşəcəklər

06.06.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 6 iyun, AZƏRTAC

ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.

Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью