Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib.
"Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barədə razılığa gələ bilərik", - o, süni intellekt modelləri haqqında danışarkən bildirib.
Bessent həmçinin Vaşinqton və Pekin arasında süni intellektlə bağlı məsələlər üzrə qarşılıqlı məlumatlandırma mexanizminin yaradılmasının tərəfdarı olaraq çıxış edib. Onun fikrincə, Çin qarşılıqlı fəaliyyətin belə bir formatına razılaşacaq.
Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyinin rəhbəri iki ölkə tərəfindən hazırlanan süni intellekt modellərinin imkanları barədə məlumat mübadiləsinin mümkünlüyünü şübhə ilə qiymətləndirib. "Yəqin ki, yox", - belə bir addımın məqsədəuyğunluğu haqqında suala cavabında deyib.