ABŞ və Çin süni intellektin yaratdığı riskləri müzakirə edəcək

21.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və Çin inkişaf etmiş süni intellekt modellərinin yaratdığı risklərlə bağlı danışıqlar aparmağa hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məsələ ilə tanış olan beş mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər hərbi imkanları artırmaq, kritik infrastruktura kiberhücumlar həyata keçirmək və əmək bazarını dəyişdirmək potensialına malik süni intellekt sistemlərinin yaratdığı təhdidləri müzakirə edəcəklər.

Danışıqların sentyabr ayında, Çin Prezidenti Si Cinpinin sentyabrın 24-də ABŞ-yə planlaşdırılan səfərindən əvvəl keçirilməsi gözlənilir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью