ABŞ və Çin tariflərdə anlaşdı Kim daha qazanclı çıxdı?

12.05.2025

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tədbiq etdiyi 125% tarifləri 10%-ə saldı. 

Sfera.az xəbər verir ki, bu razılaşmanı şərh edən iqsidaçı-ekspert Natiq Cəfərli udan tərəfin ABŞ olduğunu söyləyib. 

Onun sözlərinə görə, 30%-lik tariflərdən ABŞ ilə 130 milyard dollar əlavə qazanc əldə edəcək:

“Bundan başqa, Çin öhdəlik götürüb ki, ABŞ-dən daha çox mal-məhsul alacaq. Trampın tarif siyasəti ABŞ-yə günə, təxminən, 2 milyard dollar əlavə qazanc gətirəcək, bütün ölkələr də bundan məmnun olacaqlar”. 

N.Cəfərli tariflərin ABŞ-də inflyasiyanı artıracağı ilə bağlı fikirlərə də aydınlıq gətirib:

“Belə fikir səsləndirənlər iqtisadiyyata formal, düz xəttli baxışa malik olanlardır. Daxildə benzin ucuzlaşır – inflyasiyaya təsir edib qiymətləri aşağı çəkir, Tramp vergiləri endirir – bu da inflyasiyanı azaldan təsir göstərir”.

Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью