ABŞ və Çin tarifləri üzrə danışıqlar gələn həftə baş tutacaq

19.10.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin arasında qarşılıqlı tarif artımları ilə gərginləşən ticarət münasibətlərinin həlli üçün aparılan danışıqların yeni mərhələsinin gələn həftə Malayziyada keçiriləcəyi bildirilib.

Banco.az xəbər verir ki, “Xinhua” agentliyinin xəbərinə görə, Çinin iqtisadi əlaqələrə cavabdeh olan Baş nazirin müavini He Lifin bu səhər ABŞ maliyyə naziri Skott Bessent və ABŞ ticarət nümayəndəsi Ceymison Qrier ilə videokonfrans formatında görüşüb.

Görüş zamanı tərəflər iki ölkə arasında iqtisadi və ticarət məsləhətləşmələrinin yeni mərhələsinin ən qısa zamanda keçirilməsi barədə razılığa gəliblər.

Çinin açıqlamasında görüşün yeri və tarixi barədə məlumat verilməsə də, ABŞ maliyyə naziri Bessentin açıqlamasında danışıqların gələn həftə Malayziyada keçiriləcəyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью