ABŞ və digər Qərb ölkələrinin Ukraynaya dəstəyi davam etdikcə Rusiyanın planları çətinliklərlə üzləşəcək

14.07.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla söhbətində Ukraynada yeni ərazilərin ələ keçiriləcəyini bildirib". Bu barədə “Axios” nəşri məlumat yayıb. Məlumata görə, Putin Trampa açıq şəkildə deyib ki, növbəti 60 gün ərzində Rusiya hərbçiləri hazırda mövqe tutduqları Ukrayna bölgələrinin inzibati sərhədlərinədək irəliləmək niyyətindədir. Bu isə faktiki olaraq yeni ərazilərin işğalı deməkdir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada növbəti 60 gün ərzində yeni ərazilərin ələ keçirilməsi barədə açıqlaması ciddi strateji niyyətdir.

Tural İsmayılov

“Bu, Rusiyanın münaqişəni davam etdirərək mövqelərini genişləndirmək və faktiki işğalı artırmaq planını ortaya qoyur. Lakin, bu məqsədə çatmaq üçün Rusiya qarşısında böyük çətinliklər dayanır. Ukrayna ordusu güclü müqavimət göstərir və Qərb ölkələrinin hərbi dəstəyi ilə öz mövqelərini qorumağa davam edir. Rusiyanın iqtisadi və hərbi resursları məhduddur, uzunmüddətli müharibə onun üçün ağır yükdür. Həmçinin, Rusiyanın ordusunda itkilər və daxili narazılıqlar artmaqdadır ki, bu da irəliləyişin sürətini azalda bilər”-deyən politoloq qeyd edib ki, beynəlxalq sanksiyalar da Rusiyanın hərbi potensialına mənfi təsir göstərir. Digər tərəfdən, münaqişənin sülh yolu ilə həllinə dair perspektivlər hələlik məhduddur, çünki tərəflər arasında kompromis tapmaq çətindir.

Politoloqun fikrincə, Putinin bu açıqlaması həm də daxili auditoriyaya mesajdır, müharibənin davamı üçün ictimai dəstəyi saxlamaq məqsədi güdə bilər.

“ABŞ və digər Qərb ölkələrinin Ukraynaya dəstəyi davam etdikcə Rusiyanın planları çətinliklərlə üzləşəcək. Nəticədə, Rusiya istədiyi sürətli və genişmiqyaslı irəliləyişə nail olmaqda çətinlik çəkəcək, münaqişə isə uzun müddət davam edə bilər”-deyən Tural İsmayılov bildirib ki, bu, həm hərbi, həm də siyasi baxımdan mürəkkəb və riskli bir prosesdir.

“Rusiyanın yeni ərazilər ələ keçirmək cəhdləri münaqişənin gedişatında yeni mərhələ ola bilər, amma qəti nəticələr üçün zaman və əlavə analiz tələb olunur”- deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью