ABŞ və Fransa Azərbaycan Ermənistan sülh sazişini müzakirə etdi

05.08.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

ABŞ-nin dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı onlar bir daha bildiriblər ki, İranın heç vaxt nüvə silahı əldə etməsinə və ya istehsal etməsinə imkan verilməməlidir.

Tərəflər Qəzzada humanitar vəziyyəti və atəşkəsə nail olmaq səylərini, Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasını, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasını, həmçinin Sudandakı münaqişəni müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью