525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarında iştirak etdiyi Nyu-Yorkda Fransa lideri Emmanuel Makronla görüşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron Trampla Rusiya-Ukrayna müharibəsi və İranla münaqişə ilə bağlı müsbət müzakirələr apardıqlarını bildirib.
Görüşdən sonra Fransa lideri mətbuata qısa açıqlamasında Trampla çox məhsuldar görüş keçirdiklərini vurğulayıb.
“Müzakirə etdiyimiz digər mövzu Qırmızı dənizdəki vəziyyət idi. Bu, qlobal qiymətlər üçün vacibdir. Daha sonra Ukrayna və Rusiya ilə bağlı uzun müzakirələr apardıq”, - deyə Makron bildirib.
İbrahim Cəfərov