ABŞ və Fransa razılaşdı: 36 saat ərzində...

26.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makronun 36 saat ərzində Hizbullah ilə İsrail arasında atəşkəs elan edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Livandakı mənbələrə istinadən məlumat yayıb.

Fransa prezident administrasiyasından isə bildirilib ki, Livanda atəşkəslə bağlı müzakirələrdə əhəmiyyətli irəliləyiş əldə edilib.

“Biz amerikalı tərəfdaşlarımızla bu istiqamətdə işləməyə davam edirik. Ümid edirik ki, bütün iştirakçı tərəflər bu fürsətdən ən qısa zamanda yararlanacaqlar”, - bəyanatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью