Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və İran arasında birbaşa danışıqların bərpasına dair hələlik razılıq əldə olunmayıb.
Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin müxbiri Barak Ravid məlumat yayıb.
O bildirib ki, qətərli vasitəçilər Dohada İran xarici işlər nazirinin müavini ilə danışıqları davam etdirir, habelə Ağ Evlə müntəzəm təmasda olurlar.
Onun sözlərinə görə, hazırkı mərhələdə ABŞ və İran arasında birbaşa danışıqların bərpası barədə hələ də razılıq əldə edilməyib və ABŞ nümayəndə heyətinin Dohaya gəliş tarixi təyin olunmayıb.