ABŞ və İran arasında danışıqlarda YENİ GƏLİŞMƏ Qətər hərəkətə keçdi KONKRET

21.11.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Berlində Qətər təmsilçiləri ilə görüş keçiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.

Bildirilib ki, görüşdə Qətərin ABŞ və İran arasında aparılan danışıqlarda vasitəçilik rolu və tərəflər arasında mümkün razılaşmanın əldə olunması perspektivləri müzakirə edilib.

Məlumata görə, Qətər artıq bir neçə həftədir Vaşinqton və Tehran arasında atəşkəsin əldə olunmasına, İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasına və regionda yeni hərbi eskalasiyanın qarşısının alınmasına çalışır.

Lakin Dohanın diplomatik səyləri hələlik gözlənilən nəticəni verməyib.

Barak Ravid qeyd edib ki, Qətərin vasitəçilik təşəbbüslərinə baxmayaraq, ABŞ və İran arasında münasibətlərin normallaşması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.

Günay Əli
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью