Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Tehran və Vaşinqton arasında danışıqların növbəti raundu iyunun 15-də keçiriləcək”.
Missiya.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi məlumat yayıb.
"Məsləhətləşmələrə əsasən, İran-ABŞ danışıqlarının növbəti raundunun iyunun 15-də Maskatda keçirilməsi planlaşdırılır", - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ABŞ və İran arasında danışıqların beşinci raundu mayın 21-də Romada baş tutub.
Daşqın Həsənov
Missiya.Az