GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Şənbə günü İranla ABŞ arasında “böyük görüş” olacaq.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, İranla görüş “yüksək səviyyədə” keçiriləcək. Bundan başqa, o, İranla birbaşa danışıqların da aparıldığını da qeyd edib.
Tramp İranla sazişin imzalanmasını da istisna etməyib.
“İranla imzalanacaq mümkün yeni saziş JCPOA-dan (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) fərqli və daha güclü bir razılaşma olacaq”, – ABŞ lideri bildirib.
Aysel Əliyeva
Globalinfo.az