ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

10.07.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qətər nümayəndə heyəti İran rəsmiləri ilə görüşmək üçün Tehrana yola düşüb
Bizim.Media xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb. 
Xəbərdə qeyd olunub ki, Qətər müzakirəçilərindən ibarət nümayəndə heyəti ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq və texniki danışıqların bərpasına şərait yaratmaq məqsədilə Tehrana səfər edib.
Məlumata əsasən, nümayəndə heyətinin İran rəsmiləri ilə görüşməsi, ixtilafların azaldılması və dialoq üçün zəmin yaradılması istiqamətində diplomatik həll yollarını müzakirə etməsi planlaşdırılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью