Icma.az, 525.az portalına istinadən məlumat yayır.
"ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Fars körfəzində gərginliyi azaltmaq üçün İran hakimiyyəti ilə birbaşa əlaqə saxlayıb".
525.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton və Tehran arasındakı əlaqə İran hakimiyyətinə Trampı İranın iğtişaşlarda iştirak edənləri edam etməyəcəyinə inandırmağa imkan verib.
Nəşr əlavə edib ki, yaxın günlərdə tərəflər arasında növbəti təmaslar mümkündür.
FT dialoqun Rusiya və ya Oman kimi üçüncü ölkələr tərəfindən təşkil edilə biləcəyini yazıb.
O da vurğulanıb ki, Misir, Qətər, Oman, Səudiyyə Ərəbistanı və Türkiyə Ağ Evi İrana zərbə endirməkdən çəkinməyə çağırıb, çünki belə bir inkişaf İranın qonşularına zərər verə, qlobal neft və qaz qiymətlərinin artmasına səbəb ola bilər.
"Hələlik gərginlik azaldılıb. ABŞ İrana danışıqlar aparmaq və işlərin necə inkişaf etdiyini görmək üçün vaxt verir”, - bir ərəb rəsmisi FT-yə deyib.
Pərvanə Sultanova