Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü İstanbulda Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Uitkoff və Əraqçinin nüvə məsələsi ilə bağlı mümkün razılaşmanı müzakirə etmələri gözlənilir.
Qeyd edək ki, bazar ertəsi “Fars” xəbər agentliyi bir mənbəyə istinadən İran Prezidenti Məsud Pezeşkyanın Tehran və Vaşinqton arasında yeni danışıqlar raunduna icazə verdiyini bildirib.
İran və ABŞ əvvəllər beş danışıqlar raundu keçiriblər. Altıncı raund hələ baş tutmayıb, çünki İsrail və daha sonra ABŞ 2025-ci ilin iyun ayında İrana qarşı hava hücumları başlatmışdı.