ABŞ və İran danışıqları gələn həftə davam etdirməyi planlaşdırır

13.04.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İran danışıqları gələn həftə davam etdirməyi planlaşdırır

İran və ABŞ nümayəndə heyətləri Omanda dolayı danışıqları yekunlaşdırıb. İranın Tasnim dövlət agentliyi xəbər verir ki, danışıqlar iki saat yarımdan çox davam edib. Məlumata görə, tərəflər danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəliblər.

Danışıqlar qrupunun adı açıqlanmayan üzvü agentliyə bildirib ki, görüşdə atmosfer "müsbət" olub. Görüşdə ABŞ və İran nümayəndələri İranın nüvə proqramı ilə bağlı mövqe mübadiləsi aparıblar və İrana qarşı sanksiyaların ləğvi məsələsinə də toxunublar.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib. Görüş birbaşa keçməyib. Belə ki, hər iki tərəfin nümayəndə heyətləri ayrı-ayrı ofislərdə oturaraq Oman diplomatları vasitəsilə danışıqlar aparıblar.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью