Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
“Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə müzakirələrinin dördüncü raundu mayın 3-də Romada keçiriləcək”.
Missiya.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı məlumat verib.
O bildirib ki, İran rəsmiləri mayın 2-də 2015-ci il nüvə sazişinin bütün tərəfləri olan Böyük Britaniya , Fransa və Almaniyanın nümayəndələri ilə də görüşəcəklər .
Qeyd edək ki, ABŞ və İran arasında nüvə danışıqlarının üçüncü raundu aprelin 26-da baş tutub.
Daşqın Həsənov
Missiya.Az