525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Vaşinqton və Tehran danışıqlar prosesinə sadiq qalır və hazırda münaqişənin nizamlanması ilə bağlı təklifləri nəzərdən keçirirlər”.
525.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Hazırda hər iki tərəf bizim təqdim etdiyimiz ideya və təklifləri nəzərdən keçirir”, - o deyib.
Diplomat əlavə edib ki, hər iki dövlət danışıqlar prosesinə sadiqliyini qoruyur və tərəflər arasında təklif mübadiləsi real vaxt rejimində davam edir.
Onun sözlərinə görə, KİV-dəki sərt bəyanatlar ABŞ və İran arasında danışıqların uğursuzluğunun göstəricisi kimi qiymətləndirmək düzgün deyil:
“KİV-də gərginliyin artmasına dair məlumatlara gəlincə, əgər Qətər olaraq hər hansı danışıqlar və vasitəçilik prosesində mediada səsləndirilən bəyanatları və gərginliyi danışıqların uğuru və ya uğursuzluğunun göstəricisi hesab etsəydik, əvvəllər apardığımız danışıqların heç birini başa çatdıra bilməzdik”.
Diplomat əlavə edib ki, Doha danışıqlar prosesi çərçivəsində birbaşa baş verənlərə və Qətərin təkliflərinə verilən rəsmi cavablara əsaslanır.
Əl-Ənsari vurğulayıb ki, İran və ABŞ diplomatik yolla nizamlanmaya yüksək səviyyədə sadiqlik nümayiş etdirirlər.
Pərvanə Sultanova