ABŞ və İran İsveçrədəki danışıqlardakı irəliləyişdən məmnundur

22.06.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


İsveçrədə ABŞ-İran danışıqlarının bütün iştirakçıları bu mərhələdəki irəliləyişdən məmnundurlar.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə X-ə Amerikanın Axios portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid Amerika diplomatik mənbəyinə istinadən məlumat verib.
"Görünür, dörd tərəfin hamısı bu gün danışıqların necə getməsindən məmnun olub. Vasitəçilər hər iki tərəfə problemlərin həllində kömək edirlər. Biz inanırıq ki, bu ilkin danışıqlar mərhələsi gələcəkdə etimadın qurulması üçün şərait yaradır", - deyə Ravid ABŞ diplomatının sözlərini sitat gətirib.
Arzu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью