ABŞ və İran nüvə proqramı ilə bağlı texniki danışıqları davam etdirirlər

13.07.2026

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Trampın ən çox diqqət yetirdiyi nüvə proqramı ilə bağlı texniki danışıqlar davam edir”

ABŞ və İran İslam Respublikasının nüvə proqramı ilə bağlı texniki danışıqları davam etdirirlər. AYNA.AZ bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts deyib.

O “Fox News”a bildirib: "Prezident Donald Trampın ən çox diqqət yetirdiyi nüvə proqramı ilə bağlı texniki danışıqlar davam edir. Söhbət yoxlamalardan, zənginləşdirilmiş uranla bağlı əlavə tədbirlərdən və zənginləşdirmə proqramı məsələlərindən gedir ".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью