ABŞ və İran Trampın rəhbərliyi altında diplomatik razılaşma əldə edə bilər WSJ

08.11.2024

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Vaşinqton və Tehran “qarşılıqlı ədavətə” baxmayaraq, nəhayət, Donald Trampın ikinci dövründə diplomatik razılığa gələ bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Wall Street Journal" yazıb.

Qeyd olunur ki, Trampın dövlət başçısı kimi ilk dövründə onunla əməkdaşlıq edənlərdən bəziləri ABŞ-İran münasibətlərində belə bir inkişafı istisna etmirlər. Eyni zamanda, Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Maykl Mulroyun nəşrə dediyi kimi, Tramp sövdələşmələr etməyi xoşlayır, ancaq “bu onun diqtə sövdələşmədirsə”.

Bu arada, "The Wall Street Journal"ın mənbələrinə görə, Tramp İrana qarşı sanksiya təzyiqlərini ciddi şəkildə gücləndirməyi və onun neft tədarük imkanlarını kəsməyi planlaşdırır. İran neftinin tədarük olunduğu Çin limanları da sanksiyalara məruz qala bilər. “Düşünürəm ki, siz sanksiyaların geri dönəcəyini və onların (yeni Tramp administrasiyasının) İranı həm diplomatik, həm də maliyyə cəhətdən daha da təcrid etməyə çalışdığını görəcəksiniz”, - deyə Ağ Evin keçmiş rəsmisi qəzetə bildirib.

İran prezidenti Məsud Pezeşkianın daha əvvəl dediyi kimi, Tehran qonşu və islam ölkələri ilə tərəfdaşlığı genişləndirmək niyyətindədir və Amerikanın yeni liderinin kimin olmasının onun üçün heç bir əhəmiyyəti yoxdur. İran Rusiyanı qonşu dövlətlərdən biri hesab edir.

ABŞ seçkilərinin nəticələri hələ rəsmən elan edilməyib, lakin Amerika mediasına görə, Tramp tələb olunan 270 səsə qarşı artıq 300-ə yaxın seçici səsini qazanıb. Trmp özü də artıq özünü ABŞ-ın 47-ci prezidenti elan edib. Hakim Demokrat Partiyasının namizədi Kəmalə Harris məğlubiyyətini etiraf edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью