ABŞ və İsrail Bəsic i İran küçələrindən belə təmizləyir VİDEO

17.03.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İsrail Müdafiə Qüvvələri tərəfindən İran paytaxtında həyata keçirildiyi bildirilən əməliyyatlarla bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, son saatlar ərzində İsrailin hərbi hava qüvvələri “Bəsic” bölmələrinin Tehran şəhərinin müxtəlif ərazilərində yerləşən mövqelərinə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, hücumlar “Bəsic” qüvvələrinin operativ heyəti və onların yerləşdiyi postları hədəf alıb. İsrail Müdafiə Qüvvələri əlavə edib ki, əməliyyatla bağlı daha ətraflı məlumat sonra veriləcək.

Hadisə ilə bağlı İran tərəfindən hələlik geniş açıqlama verilməyib. Regionda gərginliyin daha da artacağı ehtimalı istisna olunmur.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью