ABŞ və İsrail HƏMAS a ultimatum hazırlayır

04.08.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-a ultimatum hazırlayırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “New York Times” mənbəyə istinadən yazıb.

"Tramp və Netanyahu HƏMAS-a ultimatumun verilməsini nəzərdə tutan yeni təklif üzərində işləyirlər", - məlumatda qeyd olunub.

Ultimatumun şərtlərinə əsasən, HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və hərəkatın tərk-silah edilməsini də əhatə edən atəşkəs şərtlərinə razılaşmalıdır. Əks təqdirdə İsrail ordusu kampaniyanı davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью