ABŞ və İsrail HƏMAS ın taleyini həll ediblər

12.11.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Jerusalem Post” nəşrinin məlumatına görə, hazırda bölgənin heç bir ölkəsi bu fələstinliləri qəbul etməyə hazır olduğunu bildirməyib.
“Onların taleyi ilə bağlı razılıq ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşnerlə İsrailin baş naziri Binyamin Netanyahu arasında Qüdsdə keçirilən danışıqlarda əldə olunub. Tərəflər həmçinin Qəzza zolağının mümkün demilitarizasiyasını, HƏMAS-ın tərksilahını və hərəkatın ərazidəki təsirinin tamamilə aradan qaldırılmasını müzakirə ediblər”, - qəzet yazır.
Daha əvəvl “Financial Times (FT)” nəşri Birləşmiş Ştatların və bir sıra digər ölkələrin HƏMAS radikallarının İsrail ordusunun nəzarətində olan ərazilərdə yerləşən tunelləri tərk etməsinə icazə verməsi üçün Təl-Əvivə təzyiq göstərdiyini yazmışdı.
İsrailin məlumatlarına görə, 200-ə yaxın HƏMAS döyüşçüsü bu yeraltı sığınacaqlarda qalır, yer üzünə çıxmadan geri çəkilə bilmir və İsrail hərbçiləri tərəfindən görünmək riski ilə üzləşir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью