ABŞ və İsrail Həmədana hücum etdi: ölənlər var

02.03.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ və İsrailin hücumları nəticəsində İranın Həmədan şəhərində 8 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, son üç gün ərzində Həmədan vilayətində 5 nəfər şəhərin özündə, 2 nəfər Tuyserkan rayonunda və 1 nəfər Bahar rayonunda həyatını itirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью