ABŞ və İsrail İranın bu aviabazasını vurdu VİDEO

28.03.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail və ABŞ-a məxsus hərbi təyyarələr İran ərazisinə zərbələr endirməyə başlayıb. Bu, bölgədə mövcud olan gərginliyi daha da artırıb.

Globalinfo.az xəbər verir ki, məlumata görə, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranın cənubunda, Buşəhr şəhəri yaxınlığında yerləşən “Şukeyri” aviabazasına güclü zərbələr endirib.

Hücumun miqyası və nəticələri ilə bağlı rəsmi mənbələr hələlik ətraflı açıqlama verməyib.

Hadisə ilə bağlı İran rəsmilərinin mövqeyi və mümkün itkilər barədə məlumatlar dəqiqləşdirilir. Ekspertlər hesab edirlər ki, bu cür hücumlar regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью