ABŞ və İsrail İranın nüvə obyektlərinə 17 dəfə hücum edib

07.06.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin iclasında nüvə obyektlərinə qarşı hücumların və təhdidlərin qeyd-şərtsiz qadağan edilməsinin vacibliyini bəyan edib.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, İran tərəfi bildirib ki, nüvə silahına malik ABŞ və İsrail İranın MAQATE-nin təminatları altında olan nüvə obyektlərinə 17 hücum dalğası həyata keçiriblər.

Bildirilib ki, ən ciddi hücumlardan biri Buşehr Atom Elektrik Stansiyası reaktorundan təxminən 350 metr məsafədə yerləşən bir obyektə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью