GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İsraildə hesab edirlər ki, İranla bağlı diplomatik imkanlar faktiki olaraq tükənib və hərbi ssenari getdikcə qaçılmaz variant kimi dəyərləndirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın müxalif Iran International nəşrinə müzakirələrin gedişindən xəbərdar olan mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Vaşinqton və Təl-Əvivdə artıq zərbənin olub-olmayacağından deyil, onun nə vaxt endiriləcəyindən danışılır. Bildirilir ki, əməliyyat üçün imkanlar yaxın günlərdə açıla bilər.
Qeyd olunur ki, mümkün əməliyyatın əsas məqsədi İranın dövlət sisteminə həlledici zərbə vurmaq, hətta onun mümkün çökməsinə nail olmaqdır.
Mənbənin qiymətləndirməsinə görə, planlaşdırılan addımların miqyası və intensivliyi İran tarixində presedentsiz olacaq.
Mənbə həmçinin bildirib ki, ABŞ və İsrail mövcud vəziyyəti unikal fürsət kimi qiymətləndirir və ötən ilin iyununda baş verən 12 günlük müharibə ilə müqayisədə daha böyük riskə getməyə hazırdır.
Onun sözlərinə görə, İsrailin birbaşa iştirakı əməliyyatın miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Müzakirə olunan ssenarini təsvir edən mənbə planlaşdırılan addımlar misli görünməyən hadisə kimi xarakterizə edib.
Əliyar Xəlil
Globalinfo.az