ABŞ və İsrail qüvvələri Tehranı növbəti dəfə vurdular

03.04.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ və İsrail qüvvələri İranın paytaxtı Tehrana hava zərbələri endiriblər.

Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, beynəlxalq hava limanının yerləşdiyi Mehrabada və şəhərin şimalındakı Velencak rayonlarına, eləcə də paytaxt ətrafındakı Telou yaşayış məntəqəsinə hücumlar olub.

Məlumata görə, zərbələr zamanı Tehrandakı universitetlərdən birinin binası da zərər görüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью