ABŞ və İsrail Suriyadakı çevrilişdə iştirak edib Xamenei

11.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Suriyada hərbi çevriliş ABŞ və İsrail tərəfindən planlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib.

“Şübhə olmamalıdır ki, Suriyada baş verənlər amerikalıların və sionistlərin birgə planıdır. Bəli, Suriya ilə qonşu olan bir dövlət də öz rolunu oynayıb və hələ də oynayır", - deyə lider bildirib.

Xamenei digər dövlətin adını çəkməyərək, İranda bunun sübutları olduğunu qeyd edib.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью