ABŞ və İsrailin İrana qarşı planlarını qəfil dəyişməsinə səbəb nədir?

02.03.2026

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ və İsrail İrana 21 fevralda hücum etməyi planlaşdırsalar da, bir neçə səbəbdən hücumu təxirə salmaq qərarına gəliblər.

Reyting.az xəbər verir ki, bu barədə “Axios” nəşri Amerika və İsrail rəsmilərinə istinadla bildirib.

Qeyd olunur ki, 17 fevralda ABŞ-İran danışıqlarının ikinci raundu əhəmiyyətli irəliləyiş olmadan başa çatdıqdan sonra Amerika və İsrailin hərbi planlaşdırıcıları 21 fevralda zərbələr endirməyə hazırlaşsalar da, bu, baş verməyib.

Məlumata görə, Amerika və İsrail rəsmiləri əsas səbəblərdən birinin bölgədəki pis hava şəraiti olduğunu bildiriblər. Digər bir İsrail rəsmisi gecikmənin əsasən Amerika tərəfindən olduğunu deyib. Onun sözlərinə görə, bu, İsrail ordusu ilə daha yaxşı koordinasiya səbəbindən olub.

İlk zərbə İranın Ali lideri Əli Xamnəi və oğullarını hədəf almaq üçün nəzərdə tutulmuşdu. Buna görə də, ilkin və yenilənmiş zərbə tarixləri arasındakı həftə ərzində İsrail və Amerika kəşfiyyat agentlikləri Xamnəinin iqamətgahından yeraltı bunkerə köçəcəyindən getdikcə daha çox narahat olublar.

ABŞ və İsrail “Xamnəi və digərlərinin özlərini təhlükəsiz hiss etmələri üçün qaçılmaz zərbənin gözlənilmədiyini aydınlaşdırmaq istəyirdilər”, - deyə İsrail kəşfiyyat rəsmisi bildirib.

Eyni zamanda, gecikmə Cümə axşamı günü Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların başqa bir mərhələsi üçün də yer yaradıb.

Bir İsrail rəsmisi Cenevrə danışıqlarının yeni bir zərbə tarixinə qədər təxirə salınmasını - iranlıları diplomatiyanın hələ də Trampın əsas yolu olduğuna inandırmaq üçün nəzərdə tutulduğunu qeyd edib. Lakin, ikinci bir rəsmi yeni zərbə tarixinin taktiki və əməliyyat səbəblərinə görə təyin olunduğunu və danışıqların həqiqi olduğunu qeyd edib. Əgər Tramp Cenevrədə ciddi irəliləyiş görsəydi, zərbəni yenidən təxirə sala bilərdi.

Bununla belə iki ABŞ rəsmisi Cenevrə danışıqlarının bir hiylə olduğu iddiasını rədd edib. Onlar bildiriblər ki, Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoff razılaşma şanslarına son dərəcə şübhə ilə yanaşsalar da, iranlıları aldatmaq üçün şou göstərməyiblər. Onlar qeyd ediblər ki, Trampın komandası iranlılar razılaşmanı qəbul etməsələr, hərbi güc tətbiq olunacağını “çox açıq şəkildə” bildirib.

ABŞ-nın son təklifinə İranın uranın zənginləşdirilməsinə 10 illik moratorium qoyulması və ardınca simvolik olaraq zənginləşdirmə gücünün yaradılması tələbi daxil imiş. ABŞ həmçinin İrana mülki ehtiyaclarını ödəmək üçün pulsuz nüvə yanacağı təmin etməyi təklif edibmiş.

Nəticədə iranlılar təklifi rədd ediblər. Kuşner və Uitkoff bunu Trampa bildirib və Tramp daha sonra müharibənin təkərlərini hərəkətə gətirib.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью