ABŞ və İsrailin Şiraza hücumu: 20 ölü

06.03.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ və İsrailin İranın Şiraz şəhərində yerləşən uşaq meydançası və təcili yardım binasına raket hücumu nəticəsində 20 nəfər ölüb.

Axar.az xəbər verir ki, bunu İranın Fars əyalətinin qubernator müavini Cəlil Həsəni deyib.

“Son hücumlar nəticəsində Şiraz şəhərində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həlak olanlardan ikisi təcili yardım işçiləridir”, - o bildirib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью