Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Alborz əyalətinin hakimiyyət orqanları yayımladıqları açıqlamada bildirilib.
"Zərbə nəticəsində körpü sıradan çıxıb və bu səbəbdən bəzi bölgələrdə elektrik təchizatında problemlər yaranıb", - deyə bildirilir. "Tasnim" agentliyi xəbər verir ki, B1 körpüsü İranın mühəndislik sahəsindəki ən mürəkkəb və nüfuzlu konstruksiyalarından biri hesab olunurdu.
İran mediası vurğulayır ki, dağıntı həm regionun nəqliyyat əlaqələrinə ciddi təsir göstərir, həm də yerli əhalinin gündəlik həyatında çətinliklər yaradır. Körpünün dağıdılması ilə əlaqədar hələlik rəsmi ölü və yaralı sayı barədə məlumat verilməyib.
Bu hadisə İranın şimal-qərb bölgəsində strateji infrastrukturun hədəfə alındığını göstərir və beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. ABŞ və İsrailin müdaxiləsinin səbəbləri rəsmi açıqlanmasa da, regionda gərginliyin artacağı gözlənilir.
Bizimyol.info